Avroliqa:Dörtlər finalının son 2 komandası da müəyyənləşib
Basketbol üzrə Avroliqada "Final Four"un son 2 iştirakçısı da müəyyənləşib.
Sportline.az xəbər verir ki, növbəti mərhələyə adlayan 3-cü komandanın adına Fransada aydınlıq gəlib. Seriyanın 5-ci oyununda "Monako" ilə qarşılaşan "Fənərbağça" rəqibini 80-79 hesabı ilə məğlub edərək "Final Four"a yüksəlib.(Ümumi hesab 3-2)
Digər oyunda isə "Olimpiakos" seriyanın 5-ci oyununa "Barselona" səfərində qələbə qazanıb.63-59.(Ümumi hesab 3-2)
Beləlikə, "Real Madrid", "Panatinaikos", "Fənərbağça" və "Olimpiakos" komandaları Almaniyanın paytaxtı Berlində keçiriləcək dörtlər finalın çempionluq üçün mübarizə aparacaqlar.