Avroliqanın oyunu baş tutmayacaq

Avropa Liqasının "Sevilya"-"Roma" görüşü baş tutmayacaq.

Sportline.az xəbər verir ki, buna koronavirus təhlükəsi səbəb olub.

"Roma" klubunun rəsmi saytında yayılan məlumatda bildirilir ki, komandanın İspaniyaya səfərinə qarşı tərəfdən razılıq ala bilməyiblər.

"Sevilya" komandasının futbolçuları da İtaliya təmsilçisi ilə oyuna çıxmayacaqlarını bəyan ediblər.

Bu qarşılaşma martın 12-də keçirilməli idi.