Avropa Atıcılıq Konfederasiyasının prezidenti: “Azərbaycanda hər zaman yüksək təşkilatçılıq olur”

“Azərbaycanda hər zaman yüksək təşkilatçılıq olur”.

Sportline.az xəbər verir ki, bunu Avropa Atıcılıq Konfederasiyasının prezidenti Aleksander Ratner Bakıda təşkil olunan Avropa Atıcılıq Konfederasiyasının 29-cu Baş Assambleyası zamanı jurnalistlərə açıqlamasında deyib.

O, assambleyada 2026 və 2027-ci illərdə Avropa çempionatının harada keçirilməsi ilə bağlı qərar veriləcəyini söyləyib: “Bizə yaratdığı bu cür şəraitə görə, Azərbaycan Atıcılıq Federasiyasına təşəkkürümü bildirirəm. Bundan yaxşı təşkilatçılıq ola bilməzdi”.

A.Ratner Bakıdan müsbət qərarlarla ayrılacaqlarına inanır: “Ümid edirəm ki, assambleyanın işi pozitiv yekunlaşar və hamı Bakıya yenidən qayıtmaq istəyi ilə ayrılar. Gələn illərin proqramı artıq doludur. Burada Avropa Oyunlarını, dünya çempionatını izlədik. Kompleksin strukturuna çox yaxşı bələdik. Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyi qərarlarımıza hər zaman dəstək verib. Əgər federasiya ilə yenidən razılığa gəlsək, Avropa çempionatını da Bakıda keçirəcəyik. İdmançılar Bakıya səfər etməyi çox sevirlər”.