Avropa çempionatı bir il ertələndi

UEFA qadınlar arasında gələn il keçirilməli olan Avropa çempionatını təxirə salıb.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, turnirin 2021-ci ildə yox,  2022-ci ildə keçiriləcəyi açıqlanıb. Bildirilib ki, kişilər arasında Avro-2020-nin koronavirus səbəbindən 2021-ci ilə salınması ilə əlaqədar bu qərar verilib. UEFA qadın futbolunun inkişafı üçün hər iki turnirin eyni ildə keçirilməsini istəməyib. Bununla da, qadınlar arasında Avropa çempionatının 2022-ci ilin yayında yeganə böyük turnir olacağı vurğulanıb.

Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı 6-31 iyul tarixlərində İngiltərədə keçiriləcək.