Avropa çempionatı ilə bağlı qərar açıqlandı

UEFA koronavirusun yayılması ilə bağlı Avropa çempionatının proqramında dəyişikliyə ehtiyac olmadığını bəyan edib.

Sportline.az xəbər verir ki, bəyanatda bildirilir:

“AÇ-2020 iyunun 12-də İtaliyada başlanacaq. Turnirlə bağlı dəyişikliyə ehtiyac yoxdur. Bu məsələni yaxından izləyirik”.

Romadakı açılış matçında İtaliya və Türkiyə milliləri görüşəcək.

 
AÇ-2020-nin 4 oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan 3-ü qrup, 1-i 1/4 final mərhələsinin oyunları olacaq.