Avropa Liqasında həftənin ən yaxşısı seçildi

Avropa Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.
 
Sportline.az xəbər verir ki, "Bazel"in yarımmüdafiəçisi  Samuele Kampo birinci olub. O, səsvermədə Çarles Aranqis (“Bayer”), Markos Antonio (“Şaxtyor”, Donetsk) və Odion İqalonu (“Mançester Yunayted”) qabaqlayıb.

Qeyd edək ki, S.Kampo "Ayntraxt"a 3:0 hesabı ilə qalib gəldikləri matçda 1 qol vurub, 1 qolun ötürməsini verib