Avropa Liqasında oyundan imtina edildi

İspaniyanın "Xetafe" klubu, Avropa Liqasının 1/8 final mərhələsində "İnter"lə oyun üçün İtaliyaya getməyəcək.

Sportline.az xəbər verir ki, bunu klubun prezidenti Anxel Torres bildirib: "Pley-offda məğlub olmaq məcburiyyətində qalsaq, uduzacağıq. Heç bir halda sağlamlığımızı təhlükəyə atmayacağıq. UEFA-dan oyunla bağlı xahiş etdik. Koronavirusa görə problem istəmirik. Ən düzgün seçim matçı təxirə salmaqdır".

Qeyd edək ki, "İnter" - "Xetafe" görüşü martın 12-nə təyin olunub. Cavab oyunu isə martın 19-da olmalıdır.