Avropa nəhənglərinin oyunu təxirə salındı

İngiltərə - İtaliya yoldaşlıq oyunu ləğv olunub.

Sportline.az xəbər verir ki, bu barədə İtaliya Futbol Federasiyasının saytı məlumat yayıb. Buna koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, İngiltərə - İtaliya matçı martın 27-i Londonun "Uembli" stadionunda keçirilməli idi.

Xatırladaq ki, bundan əvvəl Almaniya - İtaliya yoldaşlıq görüşü ləğv olunmuşdu.