Ayaz Quliyevin "Spartak"da son durumu
Moskva "Spartak"ı yarımmüdafiəçisi Ayaz Quliyevi icarəyə göndərməyə hazırlaşır.
Sportline.az xəbər verir ki, baş məşqçi Domeniko Tedesko, onun çıxışından narazıdır. İtaliyalı mütəxəssisin rəhbərliyi altında cəmi 13 dəqiqə oynayan Ayazın tez-tez mövqe səhvləri etməsi və çox kobud oynaması baş məşqçini qane etmir. 23 yaşlı yarımmüdafiəçi meydana çıxdığı 21 qarşılaşmada 12 dəfə sarı vərəqə ilə cəzalandırılıb.
Klub rəhbərliyi isə Ayazı göndərməyi düşünür. Ancaq futbolçunun “Spartak”dakı illik gəliri bir milyon avrodur. Bu maaşı isə Rusiya Premyer Liqasında verə biləcək komanda olmadığı bildirilir. Bunun üçün də klub, futbolçunu icarəyə verməyin daha məqsədəuyğun olduğu qənaətindədir.