Azarkeşlər stadionda futbola ayaq üstə baxa biləcəklər

İngiltərənin "Mançester Yunayted" klubu 2020/2021 mövsümündən azarkeşlərin "Old Trafford" stadionunda oyunları ayaq üstə izləyə biləcəklərini açıqlayıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, arenada 1 500 nəfərlik tərəfdar üçün təhlükəsizlik baryerlərinin quraşdırılması məqsədilə müvafiq razılıq alınıb.

Bu üsuldan növbəti mövsümün sonlarına doğru istifadə ediləcəyi, uğurlu olacağı halda azarkeş tutumunun artırılacağı bildirilib.

Qeyd edək ki, 1989-cu ildə "Hillsboro" stadionunda "Liverpul" və "Notingem Forest" komandaları arasında keçirilən ölkə kubokunun yarımfinal matçı zamanı tribunanın çökməsi nəticəsində 96 nəfərin ölümünə səbəb olan faciədən sonra İngiltərədə azarkeşlərin ayaq üstə matç izləmələri qadağan olunub.