Azərbaycan atıcıları dünya çempionatında 2 gümüş medal qazanıblar

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri Perunun paytaxtı Limada keçirilən dünya çempionatında 2 medal qazanıblar.

Sportline.az xəbər verir ki, Kamran Zeynalov və Aybəniz Babayeva gümüş mükafata yiyələniblər.

Onlar 10 metr məsafəyə atəşdə bu uğura nail olublar.