Azərbaycan atıcısı Bakıda dünya çempionu olub

Azərbaycan atıcıları Bakıda keçirilən dünya çempionatında qızıl və gümüş medal qazanıblar.

Sportline.az xəbər verir ki, qadın idmançılarımız 25 metr məsafəyə mərkəzə tapançadan atəş növündə bu uğura nail olublar.

Milli üzvlərindən Nigar Nəsirova qızıl, Nərminə Səmədova isə gümüş mükafata sahib çıxıb. Üçüncü yeri monqolustanlı Xişiqderger Enxbat tutub.

Kişilərin eyni növdə mübarizəsində Almaniyanı təmsil edən Kristian Reytz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Estoniyalı Peeter Olesk gümüş, sloveniyalı Joze Çeper isə bürünc medal qazanıb. Kişilərin komanda növündə Almaniya birinci, Cənubi Koreya ikinci, Hindistan üçüncü olub.

Qeyd edək ki, Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatı 2018-ci ildən bəri dünyada bu yarış üzrə baş tutan ən kütləvi idman tədbiridir. Yarışda dünyanın 100-dən artıq ölkəsindən 2000-dək idmançı və nümayəndə iştirak edir.