Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2023" reqatasını 14 medalla başa vurublar
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında yarışlara yekun vurulub.
Sportline.az xəbər verir ki, Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində baş tutan son gündə Azərbaycan idmançıları 5 medal qazanıblar.
2009-2010-cu il təvəllüdlü oğlanların mübarizəsində Vacib Babayev və Nihad Rəhimov cütlüyü iki nəfərlik kayakla 200 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. Sahib Əyyubzadə - Nuran Rəhimli dueti üçüncü olub.
2005-2006-cı il təvəllüdlü oğlanların 2 nəfərlik kayakla eyni məsafəyə yarışında isə Maarif Qarayev - Rüfət Rəhimov cütlüyü ikinci, Emil Allahverdiyev - Amil Süleymanov dueti üçüncü yeri tutublar.
Nəhayət, akademik avarçəkmə üzrə 1 nəfərlik qayıqla 1000 metr məsafəyə yürüşdə Tunar Cəfərli fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Beləliklə, Azərbaycan avarçəkənləri "Prezident Kuboku-2023" beynəlxalq reqatasını 14 medalla (2 qızıl, 3 gümüş, 9 bürünc) başa vurublar.
"Prezident Kuboku-2023"
Oğlanlar (2007-2008)
Bir nəfərlik kayak (200 m)
1. Muhammet Emin Sulak
2. Volodimir Narayevski (Ukrayna)
3. Edqars Bitmanis
Oğlanlar (2007-2008)
Bir nəfərlik kanoe (200 m)
1. Giorgi Ekaladze (Gürcüstan)
2. Kaan Ahmedov (Bolqarıstan)
3. Saveli Lijin (Qazaxıstan)
Qızlar (2007-2008)
İki nəfərlik kayak (200 m)
1. Özge Naz Yıldız - İşılsu Karvan (Türkiyə)
Oğlanlar (2005-2006)
İki nəfərlik kayak (200 m)
1. Nikolao Diakakis - Konstantinos Metaksas (Yunanıstan)
2. Maarif Qarayev - Rüfət Rəhimov (Azərbaycan)
3. Emil Allahverdiyev - Amil Süleymanov (Azərbaycan)
Oğlanlar (2009-2010)
İki nəfərlik kayak (200 m)
1. Vacib Babayev - Nihad Rəhimov (Azərbaycan)
2. Maksim Mençinski - Aleksander Sivinski (Polşa)
3. Sahib Əyyubzadə - Nuran Rəhimli (Azərbaycan)
Oğlanlar (2007-2008)
Akademik avarçəkmə üzrə 2 nəfərlik qayıq (1500 m)
1. Yovan Marinkoviç - Oqnyen Dobriç (Serbiya)
2. Emir Senpolat - Mustafa Efe Kınalı (Türkiyə)
3. Camalbek Turqunov - Savlat Musoyev (Özbəkistan)
Oğlanlar (2009-2010)
Akademik avarçəkmə üzrə 1 nəfərlik qayıq (1000 m)
1. Nikoloz Yordanişvili (Gürcüstan)
2. Giorgi Kapanadze (Gürcüstan)
3. Tunar Cəfərli (Azərbaycan)
Oğlanlar (2005-2006)
Bir nəfərlik kayak (1000 m)
1. Denis Mençinski (Polşa)
2. Ali Kemal Sarar (Türkiyə)
3. Nika Odişelidze (Gürcüstan)
Oğlanlar (2005-2006)
Bir nəfərlik kanoe (1000 m)
1. Sezar Amari (Moldova)
Qızlar (2005-2006)
Bir nəfərlik kayak (1000 m)
1. Evrim Bostancı (Türkiyə)
Oğlanlar (2009-2010)
Akademik avarçəkmə üzrə 2 nəfərlik qayıq (1000 m)
1. Nikoloz Yordanişvili - Giorgi Kapanadze (Gürcüstan)
Oğlanlar (2005-2006)
İki nəfərlik kayak (1000 m)
1. Nikolao Diakakis - Konstantinos Metaksas (Yunanıstan)
Oğlanlar (2007-2008)
İki nəfərlik kayak (200 m)
1. Muhammet Emin Sulak - Rahmi Kaan Karahan (Türkiyə)
2. Tristan Tiginaşvili - Sandro Tezelaşvili (Gürcüstan)
3. Edqars Bitmanis - Oskars Paymetovs (Latviya)
Oğlanlar (2005-2006)
Akademik avarçəkmə üzrə 2 nəfərlik qayıq (2000 m)
1. Davit Laşkareyşvili - Luka Urtaşvili (Gürcüstan)
2. İsrofil Saidmuradov - Umidcan Saidmuradov (Özbəkistan)
3. Onur Sönmez - Barias Bali (Türkiyə)
Qeyd: Finalda 3 və ya 2 iştirakçı varsa, ancaq 1-ci yer təltif edilir.
Xatırladaq ki, reqataya mayın 4-də Suqovuşanda start verilib. Yarışda 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı qüvvəsini sınayıb. Mükafatlandırma və bağlanış mərasimi mayın 7-də Bakıda keçiriləcək.