Azərbaycan Avropa çempionatında bu heyətlə təmsil olunacaq

İyunun 4-də Türkiyənin İstanbul şəhərində 23 yaşadək güləşçilər arasında start götürəcək Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

Federasiyanın mətbuat xidmətindən SportLine.az-a verilən məlumata görə, qitə birinciliyində ilk olaraq, yunan-Roma güləşçiləri mübarizə aparacaq. Yığmanın baş məşqçisi Şaban Donat və məşqçi Emin Əhmədovun rəhbərliyi altında Zaur Əliyev (55 kq), Murad Məmmədov (60 kq), Kərim Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Eltun Vəzirzadə (82 kq), İslam Abbasov (87 kq) və Orxan Nuriyev (97 kq) çıxış edəcək. 

Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionata 3 qadın güləşçi - Türkan Nəsirova (50 kq), Alyona Kolesnik (59 kq) və Səbirə Əliyeva (76 kq) qatılacaq. 

Avropa çempionatının son iki günündə sərbəst güləşçilər mübarizəyə qoşulacaq. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Əfqan Xaşalov (57 kq), Şamil Zubairov (61 kq), Ənvərbəy Dalqatov (65 kq), Pənah İlyaslı (70 kq), Murad Süleymanov (79 kq), Hacımurad Məhəmmədsəidov (86 kq) və Elçin Vəliyev (92 kq) yarışacaq. 

Görüşlərin idarə edənlər arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Natiq Hacıyev də olacaq. 

Qeyd edək ki, bir həftəyədək davam edəcək Avropa çempionatında 19 - 23 yaşlı güləşçilər mübarizə aparacaq.