Çempionlar Liqasında pley-off günü
Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyunlarına start veriləcək.
Sportline.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçiriləcək. Azərbaycan təmsilçisi “Sabah” Bakıda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu qəbul edəcək. İlk görüşdə “Hapoel” 2:1 hesabı ilə qalib gəlib.
Digər matçlarda LASK “Seltik”lə, “Budo-Qlimt” isə “Neymegen”lə üz-üzə gələcək. “Seltik” ilk oyunda 3:0, Norveç təmsilçisi isə 3:1 hesabı ilə qələbə qazanıb.
25 avqust
20:45. “Sabah” (Azərbaycan)– “Hapoel” (Beer-Şeva, İsrail)
İlk oyun – 1:2
23:00. LASK (Avstriya) – “Seltik” (Şotlandiya)
İlk oyun – 0:3
23:00. “Budo-Qlimt” (Norveç) – “Neymegen” (Niderland)
İlk oyun – 3:1
26 avqust
23:00. AEK (Yunanıstan) – “Levski” (Bolqarıstan)
İlk oyun – 0:0
23:00. “Vikinq” (Norveç) – “Dinamo” Zaqreb (Xorvatiya)
İlk oyun – 2:2
23:00. “Tselye” (Sloveniya) – “Slovan” Bratislava (Slovakiya)
İlk oyun – 1:1
23:00. “Lion” (Fransa) – “Fənərbaxça” (Türkiyə)
İlk oyun – 1:1
Qeyd edək ki, cütlərin qalibləri Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanacaqlar. Məğlub olan komandalar isə Avropa Liqasının əsas mərhələsində çıxış edəcəklər.