"Vest Hem"dən ayrıla bilər
"Vest Hem"in futbolçusu Kostantinos Mavropanos qışda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, bu haqda jurnalist Florian Plettenberq məlumat yayıb.
28 yaşlı oyunçunun London klubu ilə sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.
Qeyd edək ki, K.Mavropanosun dəyəri 18 milyon avrodur.