"Arsenal"dan Nusa həmləsi
"Arsenal" "Leipziq"in futbolçusu Antonio Nusanı transfer etmək üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Footy İnsider" nəşri məlumat yayıb.
21 yaşlı sol cinah vingerinin transfer qiyməti 45 milyon avrodur.
Qeyd edək ki, A.Nusanın Almaniya klubu ilə sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.