“Yuventus”da yeni müqavilə

"Yuventus" Niko Qonsalesin müqaviləsinin müddətini uzadıb.

Sportline.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Argentina milli komandasının üzvü ilə 2030-cu ilin 30 iyun tarixinədək nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, "Yuventus" Niko Qonsalesi 2024-cü ilin yayında "Fiorentina"dan transfer edib. 28 yaşlı vinger cari mövsümdə "qoca sinyora"nın heyətində meydana çıxdığı beş rəsmi matçda iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.