"Zirə" "Şamaxı"ya, "Sumqayıt" "Qəbələ"yə qarşı
Misli Premyer Liqasında 7-ci tur davam edir.
Sportline.az xəbər verir ki, ikinci oyun günündə daha iki görüş keçiriləcək.
“Zirə” öz meydanında “Şamaxı”nı qəbul edəcək. Hazırda paytaxt klubu 10 xalla beşinci, bölgə təmsilçisi isə 9 xalla yeddinci pillədə qərarlaşıb.
Günün ikinci matçında isə “Sumqayıt” “Qəbələ”ni sınağa çəkəcək. Bu görüş qonaqların baş məşqçisi Yeton Bekirinin debütu ilə yadda qalacaq.
Misli Premyer Liqası
VII tur
10 oktyabr (şənbə)
17:00. “Zirə” - “Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, İslam Məmmədov, Əkbər Əhmədov (VAR), Kamran Bayramov (AVAR)
Zirə İdman Kompleksinin stadionu
19:30. “Sumqayıt” - “Qəbələ”
Hakimlər: Kamranbəy Rəhimov, Cəmil Quliyev, Kərim Zeynalov, Mahmud Bağırzadə, Əliyar Ağayev (VAR), Zeynal Zeynalov (AVAR)
“SOCAR Polymer Arena”
11 oktyabr (bazar)
16:00. “İmişli” – “Qarabağ”
18:30. “Şəfa” – “Turan Tovuz”
9 oktyabr (cümə)
“Araz-Naxçıvan” - “Kəpəz” - 0:2
“Neftçi” - “Sabah” - 0:0

Bombardirlər:
Breno Almeyda ("Neftçi") - 7 qol
Coy-Lens Mikels ("Sabah") - 4 qol
Ağadadaş Salyanski ("Araz Naxçıvan") - 3 qol