“Verder”də şok
"Verder”in müdafiəçisi Feliks Aqu yenidən sıradan çıxıb.
Sportline.az xəbər verir ki, 26 yaşlı futbolçu “Tvente” ilə yoxlama oyununda əzələ zədəsi alıb və “Borussiya Dortmund”la qarşılaşmanı buraxacaq. Baş məşqçi Daniel Tion zədənin bərpa müddəti ilə bağlı dəqiq proqnoz verə bilməyib.
Aqu bundan əvvəl də əzələ problemi səbəbindən təxminən iki ay yaşıl meydanlardan uzaq qalmışdı.