Olisenin adı İngiltərə nəhəngi ilə hallanır
"Liverpul” Maykl Olisenin transferi üçün mübarizəyə qoşulub.
Sportline.az xəbər verir ki, fransalı futbolçunun nümayəndələri “Liverpul” və digər nəhəng klublarla əlaqə saxlayıb. “Bayern”in hazırda 24 yaşlı futbolçunu satmaq niyyətində olmadığı bildirilir.
Bununla belə, Olisenin gələcəkdə Almaniya klubundan ayrılmaq istəməsi halında “Liverpul” əsas namizədlərdən biri ola bilər.