Cüdoçumuz finala çıxdı - Dünya çempionatı
Bakıda keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Sportline.az xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən çempionatda bu gün fərdi yarışlar başa çatacaq.
Mundialın 7-ci günündə Azərbaycanın 4 təmsilçisi mübarizəyə qoşulub.
Kişilər
+100 kq çəki
Uşanqi Kokauri əvvəlcə 1/16 finalda Emirxan Joldoşkazıyevə (Qırğızıstan), 1/8 finalda isə Jakub Sordylə qalib gəlib və 1/4 finala çıxıb. O, 1/4 finalda digər Azərbaycan cüdoçusu Kamran Nəsibovla qarşılaşıb və qalib gəlib. O, yarımfinalda isə Martti Pauumaleyneni məğlub edib. Kokuari finalda Rusiya idmançısı İnal Tasoyevlə görüşəcək.
Camal Qamzatxanov Fransisko Solislə (Çili) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. O, bu mərhələdə isə Muzaffarbek Turoboyevə (Türkmənistan) məğlub edərək 1/4 finala çıxıb. O, bu mərhələdə Jur Spijkersə (Niderland qalib gələrək yarımfimala yüksəlib. O, yarımfinalda İnal Tasoyevə uduzub.
Qamzatxanov və digər Azərbaycan cüdoçusu Kənan Nəsibov bürünc medal uğrunda bir-biri ilə qarşılaşacaq.
Medal uğrunda görüşlər saat 18:00-da başlanacaq.
Qadınlar
+78 kq çəki
Mədinə Kaysinova Asya Tavanoya (İtaliya) uduzaraq mübarizəni başa vurub.
Hazırda Azərbaycan millisinin aktivində 5 medal (1 qızıl, 1 gümüş, 3 bürünc) var. Bu, ölkəmizin cüdo tarixində dünya çempionatlarında rekord göstəricidir.
Sabah çempionatda komanda yarışları təşkil olunacaq.