Murad Fətiyev dünya çempionatının yarımfinalında

Bakıda cüdo üzrə dünya çempionatı davam edir.

Sportline.az xəbər verir ki, mundialın beşinci günündə Azərbaycanın daha 4 təmsilçisi mübarizə aparacaq.

Kişilər

90 kq

Murad Fətiyev – ilk mərhələdən azaddır. O, 1/16 finalda Theodoros Tselidislə (Yunanlstan) görüşüb. Fətiyev qalib gələrək 1/8 finala yüksəlib. O, bu mərhələdə Klen Kristoferi (Estoniya) məğlubiyyətə uğradıb. Cüdoçumuz 1/4 finalda Fransa təmsilçisi Aleksa Metroviça qalib gələrək yarımfinala yüksəlib.

Elcan Hacıyev - 1/32 finalda Aleksandr Knaufu (ABŞ) məğlub edib. O, 1/16 finalda Kiqan Yanqla (Kanada) üz-üzə gəlib və qələbə qazanaraq 1/8 finalda yarışmaq hüququ qazanıb. Elcan bu mərhələdə Fransa cüdoçusu Nqayap Ambuya uduzaraq mübarizəni başa vurub.

Süleyman Şükürov - 1/32 finalda norveçli Kornelius Eylertseni məğlub edib. O, növbəti mərhələdə Qoki Tayima (Yaponiya) ilə qarşılaşıb və məğlub olub.

Qadınlar

70 kq

Südabə Ağayeva (70 kq) 1/32 finalda ispaniyalı Ai Tsunoda Roustanta uduzaraq mübarizəni başa vurub.

Azərbaycanın 4 medalı var

Hazırda Azərbaycan millisinin aktivində 4 medal (1 qızıl, 1 gümüş, 2 bürünc) var. Əhməd Yusifov (60 kq) qızıl, Zelim Tskaev (81 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq) və Ömər Rəcəbli (81 kq) isə bürünc medal qazanıblar.

Dünya çempionatının görüşləri Milli Gimnastika Arenasında keçirilir.