Yuri Vernidub: “1 xal da bizi qane edir”
“Neftçi”nin baş məşqçisi Yuri VernidubAzərbaycan Premyer Liqasının 7-citurunda “Sabah”la keçirilən heç-heçə (0:0)barədə danışıb.
Sportline.az azerisport.com-a istinadən xəbər verir ki, mütəxəssis görüşdən sonra mətbuat konfransında jurnaslistlərin suallarını cavablandırıb:
– Qol imkanlarını dəyərləndirəbilməməyiniz nə ilə bağlıdır: bəxtsizliklə,yoxsa texniki çatışmazlıqlarla?
– Hər iki komandanın oyunu çox xoşumagəldi. Kiminlə qarşılaşacağımızı bilirdik.Qarşımızda çempion, Çempionlar Liqasındaçıxış edən komanda var idi. ÇempionlarLiqasının ilk oyununda “Mançester Yunayted”ə 0:4 hesabı ilə uduzmasına baxmayaraq,“Sabah” yaxşı futbol nümayiş etdirdi.Komanda xarakter göstərdi. Bu gün dəbərabər səviyyəli oyun izlədik. Fürsətlərimizidəyərləndirə bilmədik. Səhv etmirəmsə,“Sabah” altı oyunda cəmi bir qol buraxıb. Buda onların çox yaxşı müdafiəyə malikolduğunu göstərir.
Futbolçularıma yüksək tempi qoruduqlarıüçün təşəkkür edirəm. Mübarizədə rəqibdəngeri qalmadılar. Əlbəttə, qol vurabilməməyimiz təəssüf doğurur.Bəyənmədiyimiz yeganə məqam bu oldu.Amma futbol belədir və çempiona qarşıoynadığımızı nəzərə almalıyıq. Bu bir xal dabizi qane edir, çünki irəliləməyimizə imkanverir.
Həmçinin nəzərə almaq lazımdır ki, hər ikikomandanın futbolçuları milli komandalarayollanmışdılar. Bizim səkkiz, onların isə onfutbolçusu milliyə getmişdi. Denzel Jubitanayalnız dünən qayıdıb, Sessi D'Almeyda isəkomandaya qoşula bilməyib. Həm mənim,həm də həmkarımın milli komandalarınheyətində çıxış edən futbolçularının olmasıyaxşı haldır. Azərbaycan millisinin MillətlərLiqasındakı qrupunda birinci yeri tutmaqşansı var.
– Sizcə, bu gün bir xal itirdiniz, yoxsa ikixal qazandınız?
– Mən baş məşqçiyəm və baş məşqçi üçünbu, iki xal itirmək deməkdir. Həmişə üç xalqazanmaq istəyirəm. Düşünürəm ki,həmkarım Dambrauskas da eyni fikirdədir vəiki xal itirdiyini düşünür. Qarşımızda hansıkomandanın olmasının fərqi yoxdur. Başməşqçi başqa cür düşünərsə, komanda dabuna uyğun oynayacaq.
– Hakimin rəqib futbolçuya Emil Səfərovaqarşı kobudluğa görə sarı vərəqəgöstərməsi qərarını necəqiymətləndirirsiniz?
– Hakimlik barədə danışmaq istəmirəm. Oyunzamanı emosional oluram, bəzən qışqıra dabilirəm, amma tez sakitləşirəm. Hakimlərinişini qiymətləndirməli olan başqa insanlar var.Matç normal keçdi, hakim hər iki komandayaeyni münasibət göstərdi. Qeyri-adi heç nəgörmədim.
– Qarşıda “Qarabağ” və “Turan Tovuz”laoynayacaqsınız. Bu matçlarda neçə xalqazanmaq sizi qane edər?
– Bir daha təkrar edirəm: həmişə qalibgəlmək istəyirəm. Evdə və ya səfərdəoynamağımızın fərqi yoxdur. Çempion olmaqistəyiriksə, çempionlar kimi oynamalıyıq.
– Qustavo Klisman ikinci hissəninəvvəlində zədələndi. Müdafiə ilə hücumarasında əlaqə yaratmaq üçün EminMahmudovu son 15-20 dəqiqədə meydanaburaxmaq olmazdımı?
– Matçdan əvvəl kimin kimi əvəzləyəcəyinimüzakirə edir və qərarlarımızı əvvəlcədənveririk. Meydana Emil Səfərov çıxdı vəoyunun intensivliyini qorumağımız lazım idi.O, gənc futbolçudur və yüksək tempisaxlamağa çalışırdı. Bu gün belə qərarverdik. Növbəti matçda hər şey fərqli ola bilər.Bütün futbolçular oynamaq istəyir, ammahamısını meydana buraxa bilmərəm.
Bu gün dörd əvəzetmə etdik. Qustavomeydandan çıxarkən gecikmə səbəbindən birdəqiqəlik fasilə yarandı. Həmin vaxt daha bir,yoxsa iki əvəzetmə hüququmuzun qaldığınıtam anlamadım. Matçdan sonra hakim dahaiki futbolçunu da əvəzləyə biləcəyimizi dedi.Açığı, sonradan qaydaları pozduğumuzbarədə sözlər eşitmək istəmirdim. Buna görədə dörd əvəzetmə ilə kifayətləndik.