"Liverpul" "Çelsi"nin futbolçusunu istəyir
“Liverpul” “Çelsi”nin müdafiəçisi Malo Qustoya marağını yenidən gündəmə gətirib.
Sportline.az xəbər verir ki, futbolçunun “Çelsi”dəki vəziyyəti dəyişməsə, klub onun qiymətini aşağı salmağa hazır ola bilər. “Liverpul” yay transfer pəncərəsinin son günlərində fransalı üçün danışıqlar aparmışdı.
Qustonun hazırkı vəziyyəti yanvarda “Liverpul” üçün yeni imkan yarada bilər.