“Dünya çempionatındakı məyusluğu geridə qoymuşuq”
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel komandanın dünya çempionatından sonra vəziyyətini dəyərləndirib.
Sportline.az xəbər verir ki, almaniyalı mütəxəssis yığmanın son oyunlardakı çıxışından razı qaldığını bildirib. İngiltərə Millətlər Liqasında əvvəlcə İspaniyaya 2:3 uduzsa da, sonradan Çexiya üzərində iki qələbə qazanıb və Xorvatiyanı 7:0 hesabı ilə darmadağın edib.
“Dünya çempionatındakı məyusluğu geridə qoymuşuq. İndi əsas diqqətimizi inkişaf etməyə yönəltmişik”, – Tuxel deyib.
Mütəxəssis komandanın yenidən qurulmadığını, dünya çempionatında formalaşan təməlin üzərində işlərin davam etdirildiyini vurğulayıb.