"Çelsi" və "Mançester Yunayted" transfer yarışına girib
"Tottenhem"in gənc futbolçusu Luka Villiams qışda klubdan ayrıla bilər.
Sportline.az xəbər verir ki, "Çelsi" və "Mançester Yunayted" 18 yaşlı oyunçunu transfer etmək niyyətindədir.
Bu haqda "The Sun Football" nəşri məlumat yayıb.
Qeyd edək ki, L.Villiamsın dəyəri 2 milyon avrodur.