"Liverpul"un müdafiəçisi zədələnib
"Liverpul"un müdafiəçisi Jeremi Jake zədələnib.
Sportline.az xəbər verir ki, 21 yaşlı futbolçu Fransa millisinin düşərgəsində ayaq əzələsindən xəsarət alıb və təxminən 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Liverpul” onu mövsümün əvvəlində “Renn”dən 63,6 milyon avroya transfer edib. Jake bu mövsüm 7 rəsmi oyunda meydana çıxıb.