"Mançester Siti"nin işi davam edir

“Mançester Siti” Premyer Liqanın maliyyə pozuntuları ilə bağlı qərarından apellyasiya verib.

Sportline.az xəbər verir ki, klub müstəqil komissiyanın qərarında hüquqi və faktiki səhvlərin olduğunu bildirib.

“Siti”nin 2009/10–2017/18 mövsümləri ərzində maliyyə qaydalarını ciddi şəkildə pozduğu müəyyənləşdirilib. Klub isə ittihamları qəbul etmir və qərarın ləğv edilməsini tələb edir.

İş üzrə apellyasiya heyətinin qərarının sürətləndirilmiş prosedur çərçivəsində verilməsi gözlənilir.