Maduke ayrılacaq?
Noni Maduekenin “Arsenal”dakı gələcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.
Sportline.az xəbər verir ki, İngiltərə mətbuatının məlumatına görə, “Atletiko” və “Yuventus” futbolçunun vəziyyətini izləyir. 24 yaşlı oyunçu bu mövsüm “Arsenal”da Premyer Liqada cəmi iki dəfə meydana çıxıb və hər iki halda sonradan oyuna daxil olub.
Madueke yay transfer pəncərəsində “Çelsi”dən 50 milyon funt-sterlinq qarşılığında London klubuna keçmişdi.
Onun az oyun praktikası səbəbindən yanvarda ayrılıq variantının gündəmə gələ biləcəyi iddia olunur.