"Mançester Siti"də zədə
"Mançester Siti"də Premyer Liqanın bərpası ərəfəsində heyətlə bağlı problem yaranıb.
Sportline.az xəbər verir ki, komandanın futbolçusu Nik O’Reyli İngiltərə millisinin düşərgəsini vaxtından əvvəl tərk edib. Müdafiəçinin zədəsinin daha ətraflı müayinədən keçirilməsi planlaşdırılır və onun qarşıdakı oyunlarda iştirak edib-etməyəcəyi hələ məlum deyil.
“Şəhərlilər” qarşıdakı turda “Liverpul”la qarşılaşacaq. Klub O’Reylinin durumunun ciddi olub-olmadığını müəyyənləşdirməyə çalışır.