Əfsanəvi Matteusdan "Sabah" və "Qarabağ" açıqlaması
Bakıda keçirilən cüdo üzrə dünya çempionatına fəxri qonaq kimi qatılan Almaniya futbolunun əfsanəsi Lotar Matteus “Sabah” və “Qarabağ” klublarından danışıb.
Sportline.az xəbər verir ki, o, jurnalistlərə müsahibəsində əvvəlcə "Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turunda Dortmund "Borussiya"sı (Almaniya) ilə keçiriləcək görüşü ilə bağlı fikirlərini bildirib, daha sonra "Qarabağ"ı misal gətirib:
"Almaniya komandasının favorit olduğunu düşünürəm. Amma futbolu 90 dəqiqə oynamaq lazımdır. Cüdoda isə mübarizə cəmi 4 dəqiqə davam edir. "Borussiya" büdcəsinə, keyfiyyətinə sahib olduğu dəstəyə görə daha güclü klubdur. Düşünürəm ki, onların daha yaxşı futbolçuları var. Amma bir neçə il əvvəl "Qarabağ"ın timsalında Azərbaycan futbolunda bunun əksini də görmüşük. Yaxşı iş gördükdə, yaxşı günündə olduqda və komanda şəklində mübarizə apardıqda hər şey mümkündür. "Qarabağ" son illərdə bunu çox yaxşı nümayiş etdirib".