PSJ gözünü "Mançester Siti"nin futbolçusuna dikib
PSJ "Mançester Siti”nin yarımmüdafiəçisi Rayan Çerkini transfer etmək istəyir.
Sportline.az xəbər verir ki, Paris klubu 23 yaşlı futbolçunun vəziyyətini yaxından izləyir. Fransalı oyunçu yayda “Lion”dan “Mançester Siti”yə keçib və komandada əsas fiqurlardan birinə çevrilib.
PSJ-nin Çerkini gələcək transfer planlarına daxil etdiyi bildirilir.