“Tottenhem”ə şad xəbər
“Tottenhem” Miki van de Ven və Yan Paul van Hekke ilə bağlı yaxşı xəbər alıb.
Sportline.az xəbər verir ki, hər iki futbolçunun milli komandanın düşərgəsində zədə aldığı bildirilmişdi. Son müayinələrdən sonra problemlərin ilkin ehtimallardan daha ciddi olmadığı üzə çıxıb.
Futbolçuların “Mançester Yunayted”lə qarşıdakı oyuna qədər hazır vəziyyətə gəlmək şansı var. London klubu hazırda Premyer Liqada qələbəsiz qaldığı üçün onların durumunu xüsusi diqqətdə saxlayır.