"Bavariya"dan Keyn qərarı
"Bavariya" Harri Keynin komandadakı gələcəyi ilə bağlı danışıqları yekunlaşdırmağa yaxındır.
Sportline.az xəbər verir ki, Münhen klubu 33 yaşlı hücumçu ilə yeni müqavilənin son detallarını razılaşdırır. Yeni sözləşmənin 2029-cu ilə qədər nəzərdə tutulduğu bildirilir. Keynin hazırkı müqaviləsinin son ili olduğu üçün onun gələcəyi ilə bağlı “Barselona”nın da maraq göstərdiyi qeyd olunur.
Keyn isə dəfələrlə Münhendə qalmaq istədiyini bildirib. İngiltərə millisinin kapitanı “Bavariya” forması ilə 154 oyunda 152 qol vurub.