Arteta "Arsenal"la yeni müqavilə imzaladı

Mikel Arteta “Arsenal”da qalacaq.

Sportline.az xəbər verir ki, London klubu ispaniyalı mütəxəssislə müqavilənin müddətini 2030-cu ilin iyununa qədər uzadıb. Arteta 2019-cu ildən çalışdırdığı komanda ilə ötən mövsüm “Arsenal”a 22 ildən sonra ilk İngiltərə çempionluğunu qazandırıb. O, həmçinin komandanı yenidən Çempionlar Liqasına qaytarıb.

“Arsenal”da qalmaq və bu klub üçün çalışan xüsusi insanlarla yolumuza davam etmək mənim üçün böyük imtiyazdır”, – Arteta deyib.