"Real Madrid"dən 85 milyon avroluq transfer həmləsi
"Bornmut"un futbolçusu Aleks Skott "Real Madrid"in transfer siyahısında yer alır.
Sportline.az xəbər verir ki, bu haqda "Team Talk" nəşri məlumat yayıb.
23 yaşlı oyunçunun transfer qiyməti 85 milyon avrodur.
Qeyd edək ki, A.Skottun "Bornmut"la sözləşməsi 2028-ci ilin iyun ayına qədərdir.