"Real"ın gözü Zubimendiyə düşüb

“Real” Martin Zubimendini transfer etmək niyyətindədir.

Sportline.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçinin “Arsenal”dakı çıxışlarını izləyən Madrid klubunun gələn il onun üçün hərəkətə keçə biləcəyi iddia olunur.

Zubimendi cari mövsümün əvvəlində “Arsenal”a keçib və komandanın əsas futbolçularından birinə çevrilib.

Mənbəyə görə, futbolçunun özü də gələcəkdə Madrid təklifinə açıq ola bilər. Bu isə “Arsenal” üçün ciddi problem yarada bilər.