“Arsenal” Deklan Raysla yeni müqaviləyə hazırlaşır

“Arsenal” yarımmüdafiəçisi Deklan Raysla yeni uzunmüddətli müqavilə imzalamağa yaxındır.

Sportline.az xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam edir. 27 yaşlı futbolçunun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Raysın yeni sözləşməsinin daha uzun müddətə nəzərdə tutulduğu bildirilir.