“Bu, mənim üçün çətin vəziyyətdir"

Niko Qonzales “Mançester Siti”nin maliyyə qaydalarını pozması ilə bağlı qərarını şərh edib.

Sportline.az xəbər verir ki, hazırda “Nyukasl”da çıxış edən futbolçu keçmiş klubunun cəzalandırılması ilə bağlı qarışıq hisslər keçirdiyini deyib.

“Bu, mənim üçün çətin vəziyyətdir. Orada bir il yarım keçirdim və çoxlu münasibətlər qurdum”, – Qonzales bildirib.

O, “Nyukasl”a keçidinin isə karyerasında verə biləcəyi ən yaxşı qərarlardan biri olduğunu vurğulayıb.