"Mançester Yunayted" yoxsa "Liverpul"?

"Bornmut"un futbolçusu Adrien Truffert qışda komandasını dəyişə bilər.

Sportline.az xəbər verir ki, "Mançester Yunayted" və "Liverpul" 24 yaşlı oyunçunu transfer etmək üçün hərəkətə keçib.

Bu haqda "Team Talk" nəşri məlumat yayıb.

Qeyd edək ki, A.Truffertin dəyəri 35 milyon avrodur.