Zirkze "Milan"a keçə bilər
"Milan" "Mançester Yunayted"in futbolçusu Coşua Zirkzeni heyətinə qatmaq üçün hərəkətə keçib.
Sportline.az xəbər verir ki, bu haqda "Calciomercato" nəşri məlumat yayıb.
25 yaşlı oyunçu dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, C.Zirkzenin "qırmızı şeytanlar"la sözləşməsi 2029-cu ilin iyun ayına qədərdir.