Azərbaycan kubokunda 1-ci mərhələyə yekun vurulur

Bu gün Azərbaycan kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.

Sportline.az xəbər verir ki, son oyun günündə 1 qarşılaşma keçiriləcək. "Ağdaş" öz meydanında "Hypers"i qəbul edəcək.

Qeyd edək ki, 2-ci liqa təmsilçilərinin iştirak etdiyi 1-ci təsnifat mərhələsi bir oyundan ibarətdir.

9 oktyabr (cümə)

14:30. “Ağdaş” – “Hypers”

Hakimlər: Mahmud Bağırzadə, Taleh Məmmədov, İlkin Mustafazadə, Sənan Bayramzadə
Ağdaş şəhər stadionu

7 oktyabr (çərşənbə)

“Qaradağ Lökbatan” – “Şəki” - 12:0

“Şəmkir” – “Ağstafa Gəncləri” - 1:5

8 oktyabr (cümə axşamı)

“Difai” – “Zəngəzur” - 1:3

 “Marafon” – “Dinamo” - 3:0

“Şirvan” – “Kür-Araz” - 1:3