"Napoli"dən ayrılacaq

"Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyne mövsümün sonunda İtaliya klubunu tərk edə bilər.

Sportline.az xəbər verir ki, klub belçikalı futbolçunun müqaviləsini daha bir il uzatmaq hüququndan istifadə etməyəcək. 35 yaşlı oyunçunun “Napoli” ilə hazırkı sözləşməsi 2027-ci ilin iyununa qədər qüvvədədir.

Tərəflər yeni müqavilə barədə razılığa gəlməsə, De Bruyne mövsümün sonunda azad agent olacaq.