Valdas Dambrauskas: “Daha gözəl futbol izləmək istərdik”

“Sabah”ın baş məşqçisi Valdas DambrauskasAzərbaycan Premyer Liqasının 7-ci turunda“Neftçi” ilə heç-heçə (0:0) etdikləri oyunu şərhedib. 

Sportline.az azerisport.com-a istinadən xəbər verir ki, mütəxəssis mətbuat konfransında jurnalkistlərin suallarını cavablandırıb: 

- Bu gün “Sabah” bir xal qazandı, yoxsaiki xal itirdi?

- Çox yaxşı sualdır. Hazırda bu barədədanışmaq hələ tezdir. Bəzən itirilən xallarıgeri qaytarmaq olur. Biz cəmi altı oyunkeçirmişik, qarşıda isə daha 27 matç var. İkigüclü komanda qarşılaşdı. Oyun elə dəbaxımlı alınmadı, daha gözəl futbol izləməkistərdik. Bəzən bir komanda, bəzən isə digəriüstünlük əldə edirdi. Mənim üçün bu,gözlənilən idi. Fasilədən sonra futbolçularbəzən oyun ritmini itirirlər. Bəzi futbolçular bumatçdan əvvəl bizimlə cəmi bir məşqdəiştirak etmişdilər. Oyun formasını bərpaetməyə və çərşənbə axşamı keçiriləcək çətinmatça hazırlaşmağa çalışmalıyıq.

- Matçın təxirə salınmasını niyəistəmədiniz? Digər komandalar bunuetmişdilər…

- Bu, mümkün deyil. Əgər bu matçı təxirəsalsaq, “Borussiya” ilə oyundan əvvəl“Qəbələ” ilə görüşün, “Barselona” ilə matçdanəvvəl isə daha bir oyunun təxirə salınmasınıistəyəcəyik. Buna ehtiyac yoxdur. Mübarizəaparmaq üçün kifayət qədər futbolçumuz var.Hər oyundan əvvəl böyük hazırlıq işi görürük.Çalışmalıyıq ki, bu işi daha da intensivşəkildə həyata keçirək.

- Belə ağır oyundan sonra ÇempionlarLiqasının matçına hazırlaşmaq çətinolacaq?

- Bəzən bu cür sualları başa düşmürəm.Bunun çətin olub-olmamasından asılıolmayaraq, mənim vəzifəm öz işimi yerinəyetirməkdir. Futbolçuları bu matçlarahazırlamalıyam. Həyatda hər kəs çətinliklərləqarşılaşır. Siz də mətbuat konfransına gəlir vəyazılarınızı hazırlayırsınız. Hər kəs öz işinigörməlidir. Nəticə yaxşı olanda insanlar hərşeyin asanlıqla əldə olunduğunu düşünürlər.

- “Sabah” fasilə zamanı yoldaşlıq oyunukeçirməyən yeganə Misli Premyer Liqasıklubu oldu. UmaraliRahmonaliyev,  Aleksey İsayev və Coy-Lens Mikels start heyətində meydanaçıxmadılar. Səbəb nə idi? Pressinqigücləndirmək üçün onları 62-ci dəqiqədənsonra meydana buraxmağa qərar verdiniz,yoxsa milli komandalarında oynadıqları vədaha çox yorulduqları üçün belə etdiniz?

- Fasilə zamanı həmişə bizimlə qalanfutbolçulara daha çox oyun vaxtı verməyəçalışıram. Milli komandalara yollananfutbolçular daha çox yorula bilərlər. Özümünnəzarət edə bildiyim amillərə daha çoxgüvənməyə çalışıram. Sol cinah müdafiəçimizTimoteuş Puxaç istisna olmaqla, bütünfutbolçular bizimlə məşq edirdilər. Bundanbaşqa, Abdulla Xaybulayev də bizimlə üçməşq keçirmişdi. O, milli komandada özünüçox yaxşı göstərir. Bu gün onlara oynamaqimkanı verdik.

- Ötən mövsüm “Neftçi” ilə bu stadiondakeçirilən oyun da 0:0 hesabı ilə başaçatmışdı, avrokuboklarda isə mübarizənierkən dayandırmışdınız. Bu mövsüm isəÇempionlar Liqasındasınız. Vəzifənizçətinləşib? 

- Əlbəttə, Çempionlar Liqasında iştirak etməkbizim böyük arzumuz idi. İndi istədiyimizə nailolmuşuq. Bunun çətin olub-olmamasındanasılı olmayaraq, heç nə dəyişməyəcək. Ötənmövsüm avrokuboklarda çıxışımızı erkənbaşa vurduq. Ötən mövsüm çempionatın ilkturlarında beş xal itirdik. Bu mövsüm isə altıturdan sonra cəmi iki xal itirmişik.Şikayətlənməyə əsasımız yoxdur.

- Demək olarmı ki, bugünkü matçınqəhrəmanı Stas Pokatilov oldu?

- Matçın qəhrəmanının kim olduğuna özünüzqərar verirsiniz.