“Yuventus” Maduekeni transfer edə bilər
"Arsenal”ın vingeri Noni Madueke qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Sportline.az xəbər verir ki, bir sıra Avropa klubları ingiltərəli futbolçunun vəziyyətini izləyir. Maduekenin bu mövsüm Premyer Liqada cəmi 23 dəqiqə meydana çıxması onun icarəyə göndərilməsi ehtimalını artırıb.
“Yuventus”un 24 yaşlı oyunçuya uzun müddətdir maraq göstərdiyi bildirilir.