"Sabah" - "Slaviya" oyununun hakimləri açıqlandı

UEFA Çempionlar Liqasının 2-ci turunda Bakıda keçiriləcək "Sabah"  - "Slaviya" (Çexiya) matçının hakimləri açıqlanıb.

Sportline.az UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu avstriyalı hakimlər idarə edəcəklər.

Qarşılaşmanın baş hakimi Sebastian Qishamer olacaq. Ona həmyerliləri Roland Ridel və Santino Şrayner yan xətdə kömək edəcəklər.

Dördüncü hakim funksiyasını Valter Altmann yerinə yetirəcək. VAR-da Alan Kiyas , AVAR-da Josef Spurni olacaq.

Qeyd edək ki, qarşılaşma oktyabrın 13-da, Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.