“Everton” satıla bilər

İngiltərənin “Everton” klubunun sahibi nəzarət səhm paketini satmaq imkanını nəzərdən keçirir.

Sportline.az xəbər verir ki, kluba yeni investisiyaların cəlb olunması məqsədilə bu addımı atmağı planlaşdırır. Komandanın baş məşqçisi Devid Moyes qərardan xəbər tutanda təəccübləndiyini bildirib. 

“Yeni sahiblərlə birlikdə uzun müddət qalacağımıza inanırdım”, – deyə mütəxəssis qeyd edib.

Moyes klubun əsas hədəfinin yenidən Avropa yarışlarında mübarizə aparmaq olduğunu vurğulayıb.