“Everton” satışa çıxarıla bilər
İngiltərənin “Everton” klubunun sahiblərinin komandanı satmaq imkanlarını araşdırdığı bildirilir.
Sportline.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, klubun sahibi olan “Friedkin Group” mümkün satış variantlarını nəzərdən keçirir.
Bu xəbər Liverpul təmsilçisinin gələcəyi ilə bağlı yeni suallar yaradıb. Qrup klubu cəmi iki il əvvəl əldə edib. Hazırda satışın baş tutacağı və ya konkret alıcının olduğu barədə rəsmi açıqlama yoxdur.
Məsələ klubun maliyyə vəziyyəti və gələcək strategiyası baxımından diqqət çəkir.