Anar Hacıyev “Qarabağ”dan getdi – RƏSMİ
“Qarabağ” Futbol Klubunda kadr dəyişikliyi baş verib. Klubumuzun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.
Sportline.az xəbər verir ki, 2023-cü ilin sentyabrından bu vəzifədə çalışan Hacıyevin fəaliyyəti dövründə komanda 2 dəfə Azərbaycan çempionluğu, 1 dəfə ölkə kubokunu qazanıb. O, komanda ilə birlikdə UEFA Çempionlar Liqasının Liqa mərhələsini adlayaraq pley-offa yüksəlməsinin, UEFA Avropa Liqasının 1/8 final mərhələsinin həyəcanını yaşayıb.
Klubda fəaliyyəti dövrünə nüfuzlu “Johan Cruyff” institutunun diplomunu alan Anar Hacıyev Avropa Klublar Birliyinin İşçi qrupuna seçilib.